Bəhlul yenə əməliyyat olundu Nə vaxt yaşıl meydana çıxacaq?

16.09.2026

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə yenidən əməliyyat olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Qarabağ"ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 29 yaşlı futbolçu əməliyyat olunub və 4 həftə sonra bərpa prosesinə başlayacaq.

Xatırladaq ki, müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Nyukasl"a qarşı keçirilən matçda zədə almışdı.

Sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranan problemlə əlaqədar olaraq oyunçu bir müddət əvvəl cərrahi müdaxiləyə məruz qalmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью