Bəhram Bağırzadə: Sərdar Cəlaloğlu nə istəyir danışsın Rusiyanın təsir agenti qalmaqalı

16.02.2025

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

"Sərdar Cəlaloğlunun mətbuata açıqlamasını görməmişəm. Görmək də istəmirəm. Getsinlər kim nə istəyir etsin".

Bunu Teleqraf-a açıqlamasında "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun məşhur aktyoru, əməkdar artist Bəhram Bağırzadə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun ittihamlarına cavab verərkən deyib.

Qeyd edək ki, S.Cəlaloğlu mətbuata açıqlamasında Bəhram Bağırzadənin Azərbaycanda rus dilində təhsilin müdafiəçisi kimi çıxış etdiyin söyləyib. Buna görə əməkdar artisti tənqid etməklə yanaşı, onu Rusiyanın “təsir agenti” adlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью