Bəhram Rəcəbzadənin növbəti döyüşünün vaxtı bəlli oldu

04.12.2024

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qızıl Qurd" ləqəbli azərbaycanlı döyüşçü Bəhram Rəcəbzadənin növbəti döyüşünün vaxtı bəlli olub.

Oxu.Az xəbər verir ki, Bəhram Rəcəbzadə növbəti döyüşünə dekabr ayının 7-də çıxacaq. Onun rəqibi makedoniyalı Daniel Stefanovski olacaq.

Döyüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, Bəhram Rəcəbzadə karyerası ərzində rinqə çıxdığı 73 görüşün 69-dan qələbə ilə ayrılıb, cəmi dörd dəfə məğlub olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью