Bəhram Rəcəbzadənin növbəti rəqibi məlum oldu FOTO

13.05.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadənin növbəti rəqibi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, idmançı “Glory” Qran-pri turnirində mərakeşli Məhəmməd Tuşassi ilə qarşılaşacaq.

Turnirin iyunun 13-də keçirilməsi planlaşdırılır. Reqlamentə əsasən, Rəcəbzadə bu döyüşdə qələbə qazanacağı halda yarımfinala yüksələcək.

Bu mərhələdə onun mümkün rəqibi Cem Kaseres (Türkiyə) - Mohammed Hamdi (Mərakeş) qarşılaşmasının qalibi olacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью