Bəhreyn ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

16.07.2025

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Bəhreyn ABŞ iqtisadiyyatına təxminən 17 milyard dollar sərmayə qoymaq niyyətindədir.

525.az “Report” a istinadən xəbər verir ki, bunu Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündə deyib.

Bəhreynin vəliəhdi Trampla danışıqlar zamanı təhlükəsizlik, ticarət və investisiya ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırdığını bildirib.

“ABŞ-yə gələcək 17 milyard dollarlıq sövdələşmələri elan etməkdən məmnunuq. Bu, real puldur, uydurma müqavilələr deyil”, - deyən vəliəhd hansı layihələrdən danışmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью