Bəhreyn BMT Təhlükəsizlik Şurasına çağırış etdi

08.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bəhreyn “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və “Saudi Aramco” şirkətinin inzibati binasına raket və dron hücumlarını pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Rəsmi Manama Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğunu bəyan edərək, BMT Təhlükəsizlik Şurasını husilərin hücumlarının dayandırılması, eləcə də bu hücumların icraçıları və onlara dəstək verənlərin məsuliyyətə cəlb olunması üçün qəti tədbirlər görməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью