Bəhreyn HHM qüvvələri İrandan buraxılan hava hədəflərini məhv edib

15.07.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Bəhreynin hava hücumundan müdafiə (HHM) qüvvələri iyulun 15-i səhər saatlarında İrandan buraxıldığı bildirilən bir neçə hava hədəfini ələ keçirərək məhv edib.

Bizimyol.info xəbər verir ki, bu barədə krallığın Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

Bəyanatda bildirilib ki, HHM sistemləri hava hədəflərini uğurla zərərsizləşdirib. Qeyd olunub ki, Bəhreyn Silahlı Qüvvələri krallığın təhlükəsizliyini təmin etmək üçün ən yüksək döyüş hazırlığı vəziyyətindədir.

Rəsmilər vətəndaşları ehtiyatlı olmağa, şübhəli əşyalara yaxınlaşmamağa və belə hallarla qarşılaşdıqları təqdirdə dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırıblar.

Bizimyol.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью