Bəhreyn İran tərəfindən hücumların dəf edildiyini bildirib

18.11.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəhreyn hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən həyata keçirildiyi ehtimanl edilən bir sıra “hava hücumlarını” dəf etdiyini bəyan edib.

Məlumatı “Anadolu” verib. 

Bəhreyn ordusunun X sosial media səhifəsində dərc olunmuş yazılı açıqlamasında İranın “Bəhreynə qarşı düşmənçilik hərəkətlərinə və sistematik hücumlara” davam etdiyi bildirilir.

Bəhreynin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən həyata keçirilən “bir sıra xain hava hücumlarını” dəf etdiyi vurğulanır.

Bundan bir müddət əvvəl ölkənin Daxili İşlər Nazirliyi iki təhdid xəbərdarlığı etmiş, əhalini sakit qalmağa və ən yaxın təhlükəsiz yerə daldalanmağa çağırmışdı.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью