Bəhreyn: İrandan atılan 145 raket və 246 pilotsuz təyyarə zərərsizləşdirildi

22.03.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəhreynin hava hücumundan müdafiə sistemləri İrandan atılan 145 raket və 246 pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Bəhreyn ordusunun sosial media hesabında yayımlanan açıqlamaya görə, 28 fevraldan bəri ölkəyə yönələn bu raket və PUA hücumları tamamilə zərərsizləşdirilib.

Bəyanatda mülki şəxsləri və şəxsi mülkləri ballistik raket və PUA-larla hədəf almağın beynəlxalq hüququn pozulması olduğu, həmçinin bu hücumların regional sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığı vurğulanıb.

Qeyd olunur ki, 28 fevraldan etibarən İran ABŞ və İsrailin hücumlarına cavab olaraq yeddi ərəb ölkəsindəki ABŞ bazalarına və strateji obyektlərə raket və PUA hücumları həyata keçirir.

Gülay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью