Bəhreyn İranı mülki əhalini hədəf almaqda ittiham etdi

16.07.2026

Icma.az bildirir, Sitat.info portalına istinadən.

Bəhreyn ordusu İranı ölkədə mülki əhalini hədəf alan hücumlar həyata keçirməkdə ittiham edib.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, ordunun yaydığı bəyanatda bildirilib ki, hava hücumundan müdafiə sistemləri yüksək döyüş hazırlığı sayəsində İranın həyata keçirdiyi bir neçə hava zərbəsini vaxtında aşkar edərək zərərsizləşdirib.

Bəyanatda vətəndaşlara ehtiyatlı olmaları, zərərsizləşdirilən hücumların qalıqları ola biləcək naməlum və şübhəli əşyalara yaxınlaşmamaları tövsiyə edilib.

Qeyd edək ki, bundan əvvəl İran ordusu ABŞ-ın zərbələrinə cavab olaraq Bəhreyndə yerləşən Şeyx İsa Hərbi Hava Bazasına hücum etdiyini açıqlamışdı. Bəhreyn isə həmin hücumların qarşısının alındığını iddia edir.

Səid,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью