Bəhreyn İranın 78 raket və 140 dan çox PUA sını məhv edib

06.03.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bəhreynin Hava Hücumundan Müdafiə sistemləri ABŞ və İsrailin İrana qarşı əməliyyatının başlanmasından (28 fevral) 78 İran raketini və 143 pilotsuz uçuş aparatını məhv edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Bəhreynin Müdafiə Qüvvələrinin Baş Komandanlığının məlumatında deyilir.

"Bəhreyn müdafiə qüvvələrinin HHM sistemləri İranın krallığa qarşı davam edən təcavüzü müddətində 78 raket və 143 pilotsuz uçuş aparatını məhv edib", - məlumatda qeyd olunub.

Bununla yanaşı, Bəhreynin DİN-i son sutkada Əl-Maamir sənaye zonasındakı Bapco şirkətinə məxsus neft emalı zavoduna, həmçinin ölkənin paytaxtı Manamada iki yaşayış binasına və bir otelə zərbələr endirildiyini bildirmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью