Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

15.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

Bəhreyn Müdafiə Qüvvələri hava hücumundan müdafiə sistemlərinin krallığı hədəf alan bir neçə İran hava hücumunun qarşısını aldığını bəyan edib.

AZƏRTAC “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bəhreynli rəsmilər İranın krallığa qarşı sistematik təcavüzünü davam etdirməkdə ittiham edərək, Müdafiə Qüvvələrinin mərmiləri hədəflərinə çatmazdan əvvəl zərərsizləşdirdiyini bildirib.

Bəyanatda qeyd olunub: “İran Bəhreyn krallığını hədəf alan xain hücumlarını davam etdirir”.

Bəhreyn ordusu əlavə edib ki, bütün bölmələri və silahları yüksək döyüş hazırlığı vəziyyətindədir, krallığı növbəti zərbələrdən müdafiə etməyə tam hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью