Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəhreyn kralı Şeyx Həməd bin İsa Əl Xəlifə Britaniya monarxı III Çarlzın 2023-cü ildə tacqoyma mərasimi şərəfinə ona "Rolls-Royce" avtomobili hədiyyə edib.
Oxu.Az -ın xəbərinə görə, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
"Rolls-Royce Cullinan Series II" avtomobili kralın avtoparkına şəxsi deyil, rəsmi istifadə üçün daxil olub və monarx ailəsi üçün nəqliyyat vasitəsi kimi istifadə edildiyi hələ görünməyib", - deyə nəşr vurğulayır.
2023-cü ilin may ayında edilən hədiyyə barədə Bukingem sarayının dərc etdiyi rəsmi siyahıdan məlum olub.
Bildirilir ki, avtomobil həm benzinlə, həm də bioyanacaqla işləyə bilər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.