Bəhreyn Qəzzaya humanitar yardıma qoşulmaq istəyir

31.07.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Bəhreyn Qəzzaya humanitar yardım göstərən ölkələr siyahısına qoşulmaq üçün müraciət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalına vəziyyətlə tanış olan ərəb mənbə bildirib.

İsrail hazırda sorğuya baxır və çox güman ki, Bəhreyn gələn həftə hava daşıma əməliyyatlarında iştirak etməyə başlayacaq.

Hazırda BƏƏ, Misir və İordaniya Qəzzalılara yardım göstərməklə məşğuldur. Almaniya, İspaniya, Belçika və Fransanın da təşəbbüsə qoşulduğu bildirilir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью