Bəhreyn Qran prisi Malayziyaya köçürüldü Formula 1 dən rəsmi qərar

26.07.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Formula-1" üzrə dünya çempionatının Bəhreyn Qran-prisi bu il Malayziyada keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Mərhələ oktyabrın 2-4-də Malayziyanın Sepanq trasında təşkil olunacaq.

"Formula-1" rəhbərliyi mart ayında regiondakı vəziyyətlə əlaqədar Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərini ləğv etmişdi.

Bəhreyn mərhələsinin aprelin 10-12-də, Səudiyyə Ərəbistanı Qran-prisinin isə aprelin 17-19-da keçirilməsi planlaşdırılırdı.

Xatırladaq ki, sentyabrın 24-26-da Azərbaycan Qran-prisi Bakıda keçiriləcək. 

Qeyd edək ki, "Formula-1" 1999-2017-ci illərdə Malayziyada yarış təşkil edib. Sepanq trasında ən çox qələbə qazanan pilot Sebastyan Fettel olub. Bu trasda son Qran-prinin qalibi isə Maks Ferstappen olub.

Azərbaycan üzgüçüləri Avropa çempionatında şəxsi rekordlarını yeniləyib Azərbaycan qolfçuları Parisdən 2 medalla qayıdıblar Rusiya Olimpiya Komitəsinin hüquqları bərpa olundu - Rəsmi açıqlama Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью