Bəhreyn Qran prisi: Mersedes pilotlarına cəza

13.04.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Bəhreyn Qran-prisində "Mersedes" sürücülərini cərimələyib.

İdman.biz xəbər verir ki, Corc Rassell və Andrea Kimi Antonelli bu gün keçiriləcək yarışa bir pillə geridən start götürəcəklər.

Dünən keçirilən təsnifat mərhələsinin nəticələrinə görə, Rassell 2-ci, Antonelli isə 4-cü yeri tutub. Amma stüardların qərarına görə, hər iki sürücü qaydaları pozaraq boksu erkən tərk edərək, pit-leynə çıxıblar. Nəticədə cərimə alan pilotlar Qran-Priyə müvafiq olaraq, 3-cü və 5-cü yerlərdən start götürəcəklər.

Qeyd edək ki, təsnifat mərhələsinin qalibi Oskar Piastri ("Maklaren") olub. Corcun cəzalanmasında sonra kinci pillədə isə Şarl Lekler ("Ferrari") yer alacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью