Bəhreyn SEPAH a bağlı 64 nəfərə ağır cəza verdi

16.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Bu gün Bəhreyn məhkəməsi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrdə ittiham olunan və aralarında şiə din xadimlərinin də olduğu 59 nəfəri ömürlük, 5 nəfəri isə 15 il azadlıqdan məhrum edib.

Axar.az xəbər verir ki, bu barədə Bəhreyn Prokurorluğu məlumat yayıb.

Təqsirləndirilən şəxslərin bəzilərinə 100.000 dinar cərimə cəzası verilib, həmçinin təqsirləndirilən şəxslərdən müsadirə edilən səkkiz milyon dinardan çox pul və əmlakın müsadirə edilməsi barədə qərar çıxarılıb.

Bəhreyn Prokurorluğu bu şəxslərin "vilayəti fəqih" nəzəriyyəsini təbliğ etmək və Bəhreyn hökumətini güc və qanunsuz metodlar, o cümlədən üsyan və təxribat yolu ilə dəyişdirmək üçün çalışdıqlarını açıqlayıb.

Bəhreyn Prokurorluğu bu qrupun liderlərinin tapşırıqlar və təlimatlar almaq üçün SEPAH və İslam Respublikasının kəşfiyyat xidmətinin üzvləri ilə əlaqə saxladıqlarını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью