Bəhreyndə casus şəbəkəsinə zərbə: 20 İran agenti saxlanıldı

04.06.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bəhreyn hüquq-mühafizə orqanları İrana casusluq etmək və əməkdaşlıq etmək ittihamı ilə aralarında 5 şiə din xadiminin də olduğu 20 nəfəri həbs edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İranın "Tasnim" informasiya agentliyi yayıb.
Məlumata görə, krallıqdakı bu kütləvi həbs dalğası regionda ABŞ və İran arasında qarşıdurmanın növbəti dəfə kəskinləşdiyi bir vaxtda baş verib.
Son əməliyyatlarla birlikdə Bəhreyndə nəzarətə alınan şiə din xadimlərinin və aktivistlərin ümumi sayı 58 nəfərə yüksəlib.
Rəsmi Manama regionda sabitliyi pozmağa yönələn bu cür xarici müdaxilələrin qarşısını qətiyyətlə alacağını bəyan edib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью