Bəhruz Əhmədov saxlanıldı

25.08.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Narkotik tərkibli bitkiləri kultivasiya etməkdə və silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə və silah saxlamaqda şübhəli bilinən Bəhruz Əhmədov saxlanılıb.

Onun yaşadığı ünvandan ümumilikdə 51 ədəd narkotik tərkibli bitki və 2 ədəd odlu silah aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, B.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью