Bəhruz Məhərrəmov: BƏƏ ilə münasibətlər Azərbaycanın Şərq siyasəti ndə mühüm bir halqadır

03.02.2026

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qlobal ziddiyyətlərin dərinləşdiyi, sülh və sabitliyə təhdidlərin artdığı bir dövrdə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri və keçirdiyi görüşlər ölkələrimiz arasında münasibətlərin tam yeni mərhələsi və geosiyasi təhdidlərə qarşı birgəfəaliyyət formatı hesab oluna bilər".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, ilk növbədə, işgüzar səfər olmasına baxmayaraq Prezident İlham Əliyevin Əbu-Dabi hava limanında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən şəxsən qarşılanması iki lider arasındakı şəxsi dostluq və yüksək etimadı simvolizə etməklə bərabər Azərbaycanın BƏƏ-nin xarici siyasət prioritetlərindəki xüsusi yerini göstərir:

"Eyni zamanda sirr deyil ki, BƏƏ ilə münasibətlər Azərbaycanın "Şərq siyasəti"ndə mühüm bir halqadır. Ölkələrimiz arasında əməkdaşlıq demək olar ki, bütün sahələri əhatə edir və səfər çərçivəsində Prezident İlham Əliyevin Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə də ifadə olunduğu kimi siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq tərəflərdə məmnunluq doğurur.

Paralel olaraq Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təliminin uğurla başa çatması, iki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfələrin davam etdirilməsi iradəsinin ifadə olunması, habelə "Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin BƏƏ-nin XRG şirkətinə satılması iki ölkə arasındakı münasibətlərin artıq strateji tərəfdaşlıqdan faktiki "hərtərəfli strateji tərəfdaşlıq" mərhələsinə keçdiyini nümayiş etdirir", - deyə o bildirib.

Deputat əlavə edib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin böyük artım tempi də prosesin kifayət qədər uğurlu dinamikasından xəbər verir:

"Səbəb isə çox sadədir. Azərbaycan və BƏƏ münaqişələrin həllində dialoq modelini dəstəkləyirlər. Regionda investor kimi rolunu artırmaqda olan BƏƏ Azərbaycanla birgə Cənubi Qafqazda sülhün bərqərar olması və iqtisadi dəhlizlərin inkişafında ortaq maraqlara malikdirlər. Həmçinin hər iki ölkənin post-neft dövrünə hazırlıq və yüksək texnologiyalara əsaslanan iqtisadi model qurmaq vizyonu tam üst-üstə düşür. Bakı və Əbu-Dabi arasında qurulan bu model, həm enerji asılılığından uzaqlaşaraq texnologiya, investisiya və logistika üzərində qurulan yeni tipli strateji ittifaq, həm də mümkün təhlükəsizlik təhdidlərinə qarşı perpektivli tərəfdaşlıqdır. Qeyd olunanlar fonunda əminliklə demək mümkündür ki, bu, sadəcə sıradan səfər yaxud prezidentlər arasında növbəti bir görüş deyil, həm də ölkələrimiz arasında bütün sferaları əhatə edən müsbət dinamikanı qorumağa xidmət edən tarixi hadisədir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью