Behzat Ç. nin aktyoru Ərdal Beşikçioğlu həbs edilib

03.08.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Türkiyənin Ankara şəhərinin Etimesqut bələdiyyəsinin sədri, məşhur aktyor Ərdal Beşikçioğlu barəsində həbs qətimkan tədbiri seçilib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Ərdal Beşikçioğlu da daxil olmaqla ümumilikdə 40 nəfər həbs edilib.

Məlumata görə, Etimesqut bələdiyyə sədri iyulun 30-da korrupsiya iddiaları ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılmışdı.

Qeyd edək ki, Ərdal Beşikçioğlu Türkiyə kinosu və televiziyasının tanınmış simalarından biridir. O, "Behzat Ç. Bir Ankara Polisiyesi", "Köprü" serialları, həmçinin "Barda", "Vali", "Bergen", "Kurtlar Vadisi: Filistin", "Bal" və "Çiçero" filmlərində canlandırdığı obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью