Behzat Ç nin narkotik testi pozitiv çıxdı

04.08.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Ankara Qərb Cümhuriyyət Baş Prokurorluğunun Etimesgut Bələdiyyəsində korrupsiya iddiaları ilə bağlı apardığı istintaq çərçivəsində həbs olunan Bələdiyyə Sədri Erdal Beşikçioğlu barədə yeni məlumat açıqlanıb.
Demokrat.az xəbər verir ki, daxil olan şikayətlər əsasında Beşikçioğlundan qan, sidik və saç nümunələri götürülüb. Aparılan analizlərin nəticəsində onun narkotik vasitə testinin pozitiv çıxdığı bildirilib.
Prokurorluğun apardığı istintaq çərçivəsində Beşikçioğlu da daxil olmaqla 40 şübhəli həbs edilib, daha 4 nəfər barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçilib. İstintaq “cinayət törətmək məqsədilə təşkilat yaratmaq”, mənimsəmə, rüşvətxorluq, tender saxtakarlığı və digər korrupsiya xarakterli cinayət ittihamlarını əhatə edir.
Bundan əlavə, Türkiyənin Daxili İşlər Nazirliyi Konstitusiyanın 127-ci maddəsi və Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən Erdal Beşikçioğlunu istintaq müddətində müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırıb.
Digər tərəfdən, Beşikçioğlunun 2014-cü ildə prokurorluğa verdiyi ifadəsində narkotik vasitə istifadə etdiyini etiraf etdiyi və bu hərəkətindən peşman olduğunu bildirdiyi iddia olunur.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью