Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsində səhər saatlarında əməliyyat keçirilib.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, korrupsiya istintaqı çərçivəsində keçirilən əməliyyat zamanı bələdiyyə sədri Erdal Beşikcioğlu saxlanılıb.
Onunla yanaşı çox sayda şəxsin də saxlanıldığı bildirilir.
Əməliyyatın detalları açıqlanmayıb.
Qeyd edək ki, aktyor Erdal Beşikcioğlu baş roluna çəkildiyi "Behzat Ç." serialı ilə məşhurlaşıb. Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan E.Beşikçioğlu 2024-cü ildə Etimesqut bələdiyyəsinin sədri seçilib.