“Behzat Ç.”nin ulduzu həbs olundu

03.08.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Ankarada Etimesqut Bələdiyyəsində keçirilən korrupsiya əməliyyatı çərçivəsində saxlanılan bələdiyyə sədri, aktyot Erdal Beşikçioğlu həbs edilib.

"Yeni Sabah" xəbər verir ki, məhkəmə qarşısına çıxarılan 44 şübhəlidən 40-ı həbs olunub. Erdal da barəsində həbs qərarı çıxarılanlar arasında yer alıb. Qalan 4 şübhəli isə məhkəmə nəzarətinə götürülüb.

Beşikçioğlu ifadəsində irəli sürülən rüşvət, tender saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarını rədd edib. O bildirib ki, bələdiyyə tenderlərində səlahiyyəti olmayıb və Sayıştay hesabatlarında qeyd olunan pozuntular onun tapşırığı ilə aparılan daxili audit zamanı üzə çıxarılıb. pizza hut

Aktyor həmçinin "Behzat Ç." serialının çəkilişlərində bələdiyyə imkanlarından istifadə olunması ilə bağlı iddialara cavab verib. O, bildirib ki, prodüser şirkətin bələdiyyəyə ödəniş edib. Sədr əlavə edib ki, çəkilişlər Etimesgutun tanıdılmasına xidmət edib və bələdiyyəyə heç bir maddi zərər vurulmayıb.

Hazırda istintaq davam edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью