Bekhamdan “Sevgililər Günü”paylaşımı: Səni sevirəm

15.02.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyaca məşhur ingiltərəli futbolçu David Bekham (David Beckham) “Sevgililər Günü”ndə həyat yoldaşı Viktoria Bekhamla çəkdirdiyi fotoları sosial mediada paylaşıb.

“Cebheinfo.az” xəbər verir ki, Bekham 26 illik həyat yoldaşı Viktoria ilə gənclik fotolarını paylaşıb və fotoların altına "Səni sevirəm" yazıb.

David Bekhamın bu paylaşımı qısa müddətdə minlərlə bəyənmə toplayıb. 

Viktoria Bekham isə cavab olaraq "Səni çox sevirəm" yazaraq 2013-cü ildə jurnalın üz qabığı üçün çəkdirdiyi şəklini paylaşıb.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью