Bekhem 17 futbolçunu klubdan uzaqlaşdırdı

14.05.2025

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İnter Mayami" komandasının sahibi Devid Bekhem İngiltərənin 4-cü liqa komandası olan "Salford Siti"ni də almışdı.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mövsümü səkkizinci yerdə başa vuran "Salford Siti" mövsümün sonuna qədər 17 futbolçu ilə yollarını ayırıb.

Azarkeşlərin sevimlisi və klub əfsanəsi Metyu Lundun da bu siyahıda olması diqqət çəkir.

Bu qərarlarla Bekhem və Nevilin klubu yenidən formalaşdırmaqda qərarlı olduqları aydın olub.

"Salford City"nin yeni mövsümdə necə qurulacağı maraq doğurur.

Gülay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью