Bekhem biznes sayəsində 44 milyon avro gəlir əldə etdi

26.09.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabiq ingilis futbolçu Devid Bekhem yaşıl meydanlardan uzaqlaşsa da kommersiya sahəsində böyük uğurlar qazanmaqda davam edir.

Fanat.Az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, məşhur ulduz öz biznes imperiyasının uğurlu ili nəticəsində 44 milyon avro qazanıb.

2026-cı il Dünya Kuboku çərçivəsində "McDonald's" və "Pepsi" brendləri ilə bağlanan böyük müqavilələr şirkətin illik gəlirini 20 faiz artıraraq 97 milyon avroya çatdırıb.

İdman və biznes dünyasının ən nüfuzlu simalarından olan Bekhemin gəlirləri hər il rekord vurmaqda davam edir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью