Bekhem Hollivuddakı ulduzuna qovuşdu FOTO

13.06.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi və "İnter Mayami" klubunun həmsahibi Devid Bekhem Los-Ancelesdə yerləşən "Şöhrət xiyabanı"nda öz ulduzuna layiq görülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Hollivudda Bekhemin şərəfinə xatirə lövhəsi - ulduzu açılıb.

Mərasimdə məşhur aktyor Tom Kruz, Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem və onların övladları iştirak ediblər.

Bekhem bu hadisənin onun üçün bir yuxu kimi göründüyünü etiraf edib. O bildirib ki, fəhlə məhəlləsində böyümüş sadə bir oğlanın nə vaxtsa kino ulduzları və dünyaşöhrətli simalarla eyni sırada yer alacağını təsəvvür etməsi belə çətin idi.

Qeyd edək ki, Devid Bekhem peşəkar futbolçu karyerasını 2013-cü ildə başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью