Bekhem Messini təriflədi

17.09.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Inter Miami" klubunun həmsahibi Devid Bekhem komandanın ulduz futbolçusu Lionel Messi haqqında növbəti dəfə tərif dolu fikirlər səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, Bekhem argentinalı hücumçunun Mayamidə çıxış etməsinə hələ də inana bilmədiyini və onun oyununu canlı izləmək üçün hər gün məşqlərə qatıldığını bildirib.

Dünya futbolunun canlı əfsanəsinin yaşa baxmayaraq göstərdiyi oyunu xüsusi vurğulayan klub rəhbəri, Messinin "Qızıl top" (Ballon d'Or) mükafatına yenidən namizəd göstərilməsini tamamilə ədalətli sayır. pizza sifarişi

Bekhem Harri Keyn, Kilian Mbappe və Cud Bellingem kimi güclü rəqiblərin olmasına baxmayaraq, Messinin 39 yaşında belə yüksək səviyyəli və təsirli oyun nümayiş etdirən yeganə futbolçu olduğunu qeyd edib. "Inter Miami" rəhbəri fikirlərini "Söhbət Leodan gedəndə, mən onun ən böyük dəstəkçisiyəm və mükafatı o qazanmalıdır" sözləri ilə tamamlayıb.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью