Bekhem mundialdan sərvət qazandı

23.07.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin DÇ-2026-da reklam çəkilişlərindən qazandığı məbləğ məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Hazırda MLS-də mübarizə aparan “İnter Mayami”nin də sahibi olan keçmiş yarımmüdafiəçi mundial zamanı kampaniyalardan 19 milyon funt-sterlinq qazanıb.

Bekhem son bir ayda çips, pivə, bank məhsulları və digər reklam çəkilişlərində iştirak edib.

ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatının qalibi İspaniya yığması olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью