Bekhem Ronaldunun karyerasını yüksək qiymətləndirdi

12.02.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

"İnter Mayami"nin sahibi Devid Bekhem "Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb.

Modern.az xəbər verir ki,  daha əvvəl Bekhemin Ronaldunu Lionel Messinin çıxış etdiyi "İnter Mayami"yə transfer etməyi ciddi şəkildə nəzərdən keçirdiyi bildirilirdi.

Bekhem Rio Ferdinandın aparıcılığı ilə yayımlanan podkastda Ronaldunun karyerasını yüksək dəyərləndirib. O, futbolçunun "Real Madrid"dəki çıxışını inanılmaz adlandıraraq qeyd edib ki, Ronaldu çıxış etdiyi hər komandada öz izini qoymağı bacarıb. Bekhem portuqaliyalı ulduzun Portuqaliya millisi, "Mançester Yunayted", "Real Madrid", "Yuventus" və "Ən-Nəsr"dəki performansını xüsusi vurğulayıb və onun karyerasını sadəcə möhtəşəm adlandırıb. (Championat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью