Bekhemin yeni klubu açıqlandı

08.05.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

Keçmiş futbolçular Devid Bekhem və Qari Nevill İngiltərə Liqa 4-də iştirak edən “Salford Siti” komandasını satın alıblar.

Metbuat.az xəbər verir ki, bu barədə klubun internet saytında açıqlama verilib. Açıqlamada amerikalı iş adamı Declan Kelly və ingilis sərmayədar Mervin Daviesin kluba həmsədrlik edəcəkləri bildirilib.

Qeyd edək ki, Devid Bekhem ABŞ Birinci Futbol Liqası (MLS) komandalarından olan "İnter Mayami"nin də sahiblərindən biridir. Bekhem açıqlamasında uşaqlıq illərini “Salfordd”a keçirdiyini və bu komandanın bir parçası olmaqdan xoşbəxt olduğunu bildirmişdi. “Salford Siti” 69 xalla İngiltərə 4-cü Futbol Liqasında mövsümü 8-ci yerdə başa vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью