Bekhemlər ailəsində nə baş verir?

22.12.2025

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə həyat yoldaşı, modelyer Viktoriya Bekhemin oğulları Bruklinlə xanımı Nikola Peltzi sosial media hesablarında izləmədən çıxardığı iddia edilib.

Axşam.az xəbər verir ki, ailənin kiçik oğlu Kruz məsələ ilə bağlı açıqlama yayıb. 

O bildirib ki, valideynləri ilə bağlı yayılan xəbərlər əsassızdır və hesabları əslində Nikola "qara siyahı"ya atıb:

"Anam və atam heç vaxt oğullarını izləmədən çıxartmaz. Onlar səhər oyandıqlarında "qara siyahı"ya atılmış olduqlarını görüblər".

Qeyd edək ki, cütlük ailə qurandan bəri Viktoriya və Nikolanın yola getmədiyi haqda saysız xəbərlər çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью