Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Keçmiş futbolçu Devid və xanımı Viktoriya Bekhemlərin oğlu Bruklin Pelts-Bekhem və xanımı Nikola Peltsinlə qalmaqalı bitmək bilmir.
Axşam.az xəbər verir ki, onların toyundakı qalmaqallı rəqslə bağlı bu dəfə məclisdəki DJ-i Fat Toni (Fat Tony) danışıb.
BBC-nin yaydığı məlumata görə, Fat Toni (Fat Tony) Britaniyanın ITV kanalında yayımlanan “This Morning” proqramına müsahibə verib. O, hadisənin təfərrüatını açıqlayıb:
"Toyda çıxış edən məşhur müğənni Mark Entoni zaldakı ən gözəl qadını Bruklinlə birlikdə səhnəyə dəvət edib. Lakin o, gəlinin adını çəkmək əvəzinə, Bruklinin anası Viktoriya Bekhemin adını səsləndirib. Bu gözlənilməz səhv hər kəsi şoka salıb. Nəticədə, hər kəsin maraqla gözlədiyi ilk rəqs gəlinin gözyaşları içində zaldan qaçması ilə yekunlaşıb".
DJ Toni onu da bildirib ki, problem sadəcə Mark Entoninin səhvi və Viktoriyanın ilk rəqsi mənimsəməsi iddiası ilə bağlı olub.
Qeyd edək ki, Bruklin Bekhem bir neçə gün əvvəl verdiyi açıqlamada anasının onun xanımı ilə ilk rəqsinə mane olduğunu iddia etmişdi. Atası D. Bekhem isə sonradan CNBC kanalında yayımlanan “Squawk Box” adlı verilişdə oğlunun ittihamlarına cavab vermişdi.