Bekiri: “Oyunçularla aramda problem yoxdur”

29.11.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının XIII turunun “Şamaxı” – “Qəbələ” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Yeton Bekiri jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Bu gün kobud bir neçə səhv etdik. İkinci hissənin əvvəlində qapıçımız qırmızı vərəqə aldı. Belə liqada 45 dəqiqə 10 nəfərlə oynamaq çətindir.

– Yol verdiyiniz səhvlərin əsas səbəbi nədir?
– Futbolda belə hallar olur. İlk hissədə qol imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Matçın sonlarında da irəlidə fəal oynadıq. Sadəcə ikinci hissənin əvvəlində azlıqda qalmağımız bizi çətin vəziyyətə saldı.

– Komandada sanki intizamsızlıq var. Futbolçular əvəzlənəndə narazılıq edir, sizinlə görüşmürlər…
– Oyunçularla aramda problem yoxdur. Sadəcə belə matçlardan sonra onlar da qəzəbli olurlar. Hansısa futbolçu məcbur deyil ki, oyundan çıxanda məşqçi ilə görüşsün.

– Qarşıda ölkə kubokunda “Şahdağ Qusar”la matç var. Kubok sizin üçün nə dərəcə önəmlidir?
– Kuboka maksimum dərəcədə yaxşı hazırlaşmalı və qələbə qazanmalıyıq. Qarşıda sıx qrafikimiz var. Ardıcıl dörd oyunu səfərdə keçirdik. Bunu bəhanə kimi demirəm. Çalışıb, qələbələr qazanmalıyıq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью