Bəkirov bu ölkənin yüksək dövlət mükafatına layiq görüldü

27.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

“Xalık Aqro” fermer təsərrüfatının başçısı Sərxan Bəkirov Qazaxıstanın yüksək dövlət mükafatına – “Əmək şöhrəti” (Еңбек Даңқы) ordeninə layiq görülüb.

Axar.az xəbər verir ki, bu barədə Kustanay Vilayəti Azərbaycanlılarının “Birlik” Etnomədəni Assosiasiyasının sədri və Qazaxıstan Milli Şurasının üzvü Rəfail Hacıbalayev sosial media paylaşımında bildirib.

Onun sözlərinə görə, S.Bəkirov bu mükafata uzunmüddətli fədakar əməyi, yüksək peşəkarlığı və aqrar-sənaye kompleksinin inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə layiq görülüb.

Soydaşımız, həmçinin “Birlik” Assosiasiyası İdarə Heyətinin üzvüdür və bölgənin ictimai həyatında fəal iştirak edir, həmrəyliyin möhkəmləndirilməsinə və milli ənənələrin qorunmasına töhfə verir.

S.Bəkirov 1978-ci ildə Şamaxı Kənd Təsərrüfatı Kollecini bitirib və 1983-cü ildə Qazaxıstanın Kustanay vilayətinə köçüb. Bu gün onun təsərrüfatı sənaye miqyasında tərəvəz istehsal edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью