Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində Premyera

12.10.2026

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin dünyaşöhrətli “Qodo intizarında” pyesi əsasında hazırlanan “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib.

Kulis.az xəbər verir ki, ənətsevərlər tərəfindən böyük maraqla qarşılanan səhnə əsəri fərqli yozumu ilə diqqət çəkib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Şövqi Hüseynovdur.

Səhnə tərtibatını Zaur Abasov, səs rejissorluğunu Zaur Rəşidov, işıq dizaynını isə Vadim Kuskov həyata keçirib. Rejissor assistenti Nəsibə Canəliyevadır.

Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov və Elnur Bəhramxan, həmçinin teatrın aktyorları Kərəm Hadızadə, Nurlan Süleymanlı və Lalə Qarayeva canlandırıblar.

Alim Qasımova “ilah” libası geyindirən cəmiyyət Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda Bakıda Bilik Günü - FOTOLENT
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью