Bel, boyun, oynaqlar ağrıları zamanı TƏBİİ MƏLHƏM

14.10.2026

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Gicitkər bitkisi yerli qan dövranını yaxşıladırmaq, iltihabı və ağrıları azaltmaq xüsusiyyətlərə malikdir.

Radikulit, osteoxondroz, oynaq ağrıları və s. problemlər zamanı gicitkənin əsasında hazırlanmış təbii məlhəm çox yaxşı müalicəvi effekt verir.

Gicitkən, vazelin və acı bibər 2:1:1 nisbətində (məsələn, 20 qr gicitkən, 10 qr vazelin, 10 qr acı bibər) götürülür. Gicitkənlə acı bibər təmizlənir, yuyulur, blenderdə əzilir, vazelinlə qarışdırılır və ağrıyan yerə gündə 2 dəfə çəkilir.

Hazır məlhəmi şüşə qabda soyuducuda saxlayın.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью