Belarus 25 məhbusu azad edəcək ABŞ isə...

16.09.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ-nin Belarus üzrə xüsusi elçisi Con Koul Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra 25 məhbusun azad ediləcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Koul bildirib ki, bunun müqabilində ABŞ iki Belarus müəssisəsinə qarşı tətbiq olunan sanksiyaları ləğv edəcək. Söhbət “Lakokraska” ASC və “Bellesbumprom” konsernindən gedir.

ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin yanvarında hakimiyyətə qayıtmasından sonra Minsk və Vaşinqton arasında münasibətlərdə yaxınlaşma müşahidə olunur. Sentyabrın 11-də ABŞ Belarusun “Belavia” aviaşirkətinə qarşı sanksiyaları ləğv edib.

Qeyd edək ki, Koul və Lukaşenko arasında son görüş sentyabrın 15-də baş tutub. Bu, Belarus liderinin amerikalı diplomatla iki il ərzində dördüncü görüşüdür. Görüş zamanı Koul Belarusun kalium gübrələrinin tədarükü ilə bağlı “Citibank”da bloklanmış 44 milyon dolların geri qaytarılması məsələsində ABŞ-nin dəstək göstərəcəyini də bildirib.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью