Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Belarusun kalium gübrəsi tədarükü ilə bağlı ABŞ bankında 43-44 milyon dollar vəsaiti ilişib qalıb.
Redaktor.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bu vəsaitin ölkəyə qaytarılmasını tələb edib.
Lukaşenkonun sözlərinə görə, Belarus hazırda ABŞ-yə gübrə tədarük edir. O bildirib ki, iki ölkə arasında bu sahədə müəyyən ticarət çətinlikləri mövcuddur.
“Biz onlarla bu il üçün müqavilə bağladıq və gələn il üçün də nəzərdən keçirəcəyik. İndi gəmini yükləmək imkanımız var. Amma bizə geri ödəyin. 43-44 milyon dollar pulumuz Citibank-da ilişib qalıb. Bizimlə işləyən şirkət pulu ödəyib. O, Amerikada ilişib qalıb. Xahiş edirəm, bu pulu bizə qaytarın”, - deyə Lukaşenko bildirib.
Aytəkin TOFİQQIZI