Belarus ABŞ ilə hava nəqliyyatını açmağı planlaşdırır

30.10.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belarus ABŞ ilə birbaşa uçuşları bərpa etmək istəyir.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Belarus Nəqliyyat və Rabitə Nazirliyinin Aviasiya Departamentinin direktoru İqor Qolub bildirib.

Onun sözlərinə görə, sanksiyaların ləğvindən sonra bu gün artıq yeni təyyarə satınalmalarından danışmaq olar. Həmçinin mövcud təyyarələrin texniki xidmətində irəliləyişlər var:

"Vəziyyət müsbət istiqamətdə irəliləyir. Biz əməkdaşlığın daha da genişlənməsini, müəyyən məhdudiyyətlərin aradan qaldırılmasını və ABŞ ilə hava səyahətlərinin yenidən açılmasını gözləyirik ki, bu da bizim gündəmimizdədirəkdədir".

Qeyd edək ki, ABŞ Belavia aviaşirkətinə qarşı sanksiyaları 2023-cü ilin avqustunda tətbiq edib və 2025-ci ilin noyabrında ləğv edib. ABŞ Maliyyə Nazirliyi həmçinin Belarus hökuməti tərəfindən istifadə olunan EW-301PJ qeydiyyatlı Bombardier Challenger 850 təyyarəsini sanksiya siyahısından çıxarıb.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью