Belarus avropalılar üçün vizasız giriş müddətini daha bir il uzadıb AZƏRTAC

13.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 dekabr, AZƏRTAC

Avropa ölkələri vətəndaşlarının Belarusa mövcud vizasız giriş rejiminin müddəti 2025-ci ilin sonuna qədər uzadılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

Bildirilir ki, Belarusa “vizasız” səyahətin əcnəbilər arasında populyarlığını nəzərə alaraq, dövlət başçısı Avropanın 38 ölkəsinin vətəndaşları üçün vizasız giriş müddətinin uzadılması barədə qərar qəbul edib. Beləliklə, əcnəbilər 2025-ci il dekabrın 31-dək bu ölkəyə vizasız gələ biləcəklər.

2022-ci ildə vizasız rejim tətbiq olunmağa başlayandan bəri Avropa ölkələrinin bir milyondan çox vətəndaşı Belarusa səfər edib. Vizasız giriş Avropa İttifaqının qonşu ölkələri - Litva, Latviya, Polşa, həmçinin Almaniya, Estoniya, İtaliya, Fransa və Böyük Britaniyadan olan turistlər arasında daha çox populyardır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью