Belarus baş naziri də Əli Əsədova məktub göndərdi

30.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq dost xalqlarımızın rifahı naminə bundan sonra da qarşılıqlı hörmət və etimadlı dialoq şəraitində inkişaf edəcək.

Axar.az xəbər verir ki, bu barədə Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycanın Baş nazirinə ünvanladığı məktubda deyilib.

"Hörmətli Əli Əsədov, Belarus Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağım münasibətilə təbriklərinizə görə səmimi minnətdarlığımı qəbul edin. Fürsətdən istifadə edərək, Sizə cansağlığı, mühüm dövlət vəzifələrinin həllində yaradıcılıq enerjisi arzulayıram", - məktubda bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью