Belarus bu işlə fəal məşğul olur Lukaşenko

12.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Belarus iqlim vəziyyətinin yaxşılaşdırılması üçün bütün öhdəlikləri yerinə yetirir.

"Unikal" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda keçirilən COP29 iqlim konfransında çıxışı zamanı deyib.

"Milli iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatını dəyişən iqlim şəraitinə uyğun yenidən qurmaq lazımdır. Belarus bu işlə fəal məşğul olur və təcrübəsini bölüşməyə hazırdır", - o qeyd edib.

A.Lukaşenko, həmçinin vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin dövlət təhlükəsizliyinə xələl gətirmədən "yaşıl texnologiya”lara çıxışına kömək etmək vacibdir.

Belarus Prezidenti qeyd edib ki, ötən ilki iqlim sammitindən sonra vəziyyət yalnız pisləşib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью