Belarus bu qorxulu silahı modernləşdirir: Nəyə hazırlıq görülür?

19.11.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarus ordusu “Smerç” reaktiv yaylım atəş sistemlərinin (MLRS) modernləşdirilməsinə başlayıb.

Publika.az xəbər verir ki, bunu ölkənin Silahlı Qüvvələrin Baş Qərargahının raket qoşunları və artilleriya idarəsinin rəisi, general-mayor Ruslan Çexov bildirib.

Onun sözlərinə görə, respublika "Uraqan" MLRS-nin modernləşdirilməsini, həmçinin "Qvozdika", "Akatsiya" və "Giatsint" özüyeriyən silah sistemlərinin yenilənməsini davam etdirir.

"Əks-batareya sisteminin inkişafına gəlincə, biz artilleriya kəşfiyyat vasitələrini, ən vacib sahələri olan pilotsuz uçuş sistemləri, radar kəşfiyyat vasitələrini inkişaf etdiririk", - general deyib.

Adəm Abbaslı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью