Belarus bütün ordunu yoxlamağa hazırlaşır

11.09.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Belarus hakimiyyəti ölkənin bütün ordusunun döyüş hazırlığının genişmiqyaslı yoxlanılmasını planlaşdırır. Tədbirlər çərçivəsində hərbi səfərbərliyin keçirilməsi də nəzərdə tutula bilər.

Modern.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Artıq xalq dili ilə demişəm: ordunu silkələmək lazımdır, bunun vaxtı çatıb”, – Belarus lideri vurğulayıb.

Lukaşenko yoxlamaların keçiriləcəyi tarix və mümkün səfərbərliyin miqyası barədə ətraflı məlumat verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью