​“Belarus cavab verəcək” Minsk hədələyir

29.06.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ukrayna Silahlı Qüvvələri sərhədi keçərsə, Belarus bütün potensialından istifadə etməklə buna cavab verəcək. 

“AzPolitika” xəbər verir ki, bunu Belarus xarici işlər nazirinin müavini İqor Sekreta RT-yə verdiyi müsahibədə bildirib.

"Əgər sərhəd icazəsiz və ya belə desək, aqressiv şəkildə keçilərsə, biz buna bütün potensialımızı tətbiq etməklə cavab verəcəyik", - deyə o bildirib.

Sekretanın sözlərinə görə, ukraynalılar bundan xəbərdardırlar.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirmişdi. Onun sözlərinə görə, əgər Belarus müharibəyə cəlb olunarsa, müharibənin keyfiyyəti dərhal dəyişəcək.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью