Belarus çempionu Dinamo! İdman və Biz

25.11.2024

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Belarus çempionatında 2024-cü mövsümünün qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, Minsk "Dinamo"su tarixində 9-cu dəfə çempion titulunu qazanıb.

Vadim Skripçenkonun komandası 29-cu turda BATE-yə 1:0 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra "Dinamo" mövsümün bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi "Neman"ı 5 xal qabaqlayıb.

Qeyd edək ki, "Dinamo" 1992, 1992–93, 1993–94, 1994–95, 1995, 1997, 2004, 2023 mövsümlərində Belarus çempionu olub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью