Belarus Daxili İşlər Nazirliyin əməkdaşları ölkəmizdə səfərdə olublar

25.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 25 aprel, AZƏRTAC

Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Cəzaların İcrası Departamentinin rəisi milis general-mayoru Oleq Vladimiroviç Matkinin başçılıq etdiyi nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə ölkəmizdə səfərdə olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlar əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Belarus nümayəndə heyəti ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən qəbul edilib. Görüş zamanı qurumlar arasında əməkdaşlıq, penitensiar sahədə qanunvericilik, hüquq və azadlıqların təmin olunması, infrastrukturun yenilənməsi, innovasiyaların tətbiqi və kadrların hazırlanması məsələləri müzakirə olunub.

Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini, Vətən müharibəsi memorial kompleksini və Zəfər muzeyini ziyarət ediblər, Bakı İstintaq təcridxanasının, 4 saylı cəzaçəkmə müəssisəsinin, Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisənin və Umbakı penitensiar müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью