Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin heç bir dövlətə hücum etmək niyyətində olmadığını bildirib. O, eyni zamanda Belarusun təhlükəsizliyini təmin etməyin ölkə rəhbərliyinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb.
Redaktor.az xəbər verir ki, Lukaşenko bu barədə Belarusun “BelTA” agentliyinə açıqlamasında deyib.
“Bir daha təkrar edirəm: biz heç kimə hücum etmək niyyətində deyilik, biz praqmatik insanlarıq”, - deyə Belarus prezidenti bildirib.
Onun sözlərinə görə, Belarus ətrafında yerləşən və “canavarlar” adlandırdığı dövlətlərlə qarşıdurmada qalib gəlmək mümkün deyil. Bununla belə, Lukaşenko ölkəsinin ərazisinin hər qarışını, əhalisini qorumağa və təhlükəsizliyi təmin etməyə borclu olduğunu qeyd edib.
Belarus lideri həmçinin ölkəsinin hava məkanının vaxtaşırı pozulduğunu bildirib. Onun fikrincə, Minsk belə hallara vaxtında və adekvat reaksiya verməyə hər zaman hazır olmalıdır.
NURİYYƏ